ÇL: Həftənin ən yaxşısı adına namizədlər açıqlandı
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Mançester Siti”dən İlkay Gündoğan, “Real”dan Kazemiro, “Çelsi”dən Kristian Pulişiç və PSJ-dən Neymar namizəd göstərilib.
Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin