ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi
UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Borussiya”dan (Münhenlqadbax) Alassan Plea, “Liverpul”dan Dioqo Jota, “Sevilya”dan Yussef En Nesiri və “Borussiya”dan (Dortmund) Erlinq Haland namizəd göstərilib.
Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin