ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər

UEFA Çempionlar Liqasının final matçından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, ən yaxşı futbolçu adına “Bavariya”dan Kinqsli Koman, Manuel Noyer, Tyaqo Alkantara və PSJ-dən Markinyos namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Final matçında “Bavariya” Komanın qoluyla Paris klubuna minimal hesabla qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button