ÇL: Gürcü futbolçu driblinqə görə hamını qabaqlayır

“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Çempionlar Liqasının cari mövsümündə rəqiblərinə qarşı 29 dəfə aldadıcı fənd edib. Gürcü futbolçu bu göstəricilərə görə liderlər siyahısına başçılıq edir.

Komanda.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.

2023/24 Çempionlar Liqasında ən çox driblinq edən oyunçular:

– Xviça Kvaratsxeliya (“Napoli”) – 29;

– Leroy Sane (“Bayern”) – 28;

– Kilian Mbappe (PSJ) – 28;

– Jeremi Doku (“Mançester Siti”) – 28;

– Joao Kanselo (“Barselona”) — 24.

Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir. Futbolçu bu mövsüm bütün yarışlarda 37 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button