
ÇL: Gürcü futbolçu “Barselona” ilə matçı buraxacaq
“Barselona” UEFA Çempionlar Liqasının ikinci turunda evdə PSJ ilə qarşılaşacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, parislilərin baş məşqçisi Luis Enrike artıq qarşıdakı oyun üçün heyəti açıqlayıb.
Gürcü yarımmüdafiəçi Xviça Kvaratsxeliya bu matçı buraxacaq. O, Fransa çempionatında “Oser”lə keçirilən son qarşılaşmada (2:0) zədələnmişdi.
“Barselona” – PSJ oyunu sabah keçiriləcək və saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



