
Arteta: “PSJ hazırda tamamilə fərqli komandadır”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ ilə qarşılaşmadan əvvəl fikirlərini bölüşüb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis PSJ-nin hazırda tamamilə fərqli komanda olduğunu bildirib:
“Keçən gecə oyuna baxdım. Çox maraqlı keçdi. Luis Enrikeni yaxşı tanıyıram, amma gəlin sadəcə, bu günün dadını çıxaraq. PSJ hazırda tamamilə fərqli komandadır və inanılmaz formada oynayır”.
1/4 finalda “Arsenal” “Real”ı ümumi 5:1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib (3:0, 2:1). PSJ ilə ilk oyun 29 apreldə Londonda, cavab qarşılaşması isə 7 mayda Parisdə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin