ÇL: “Fənərbaxça”dan çətin, Kiyev “Dinamo”sundan asan qələbə

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyunlar çərçivəsində bu gün 11 matç baş tutub.

“Qarabağ” Cəbəllütariqdə “Linkoln”a 2:0 hesabı ilə qalib gəldiyi gündə Türkiyə “Fənərbaxça”sı Luqanoda eyniadlı klub üzərində 4:3 hesablı qələbəyə sevinib.

Kiyev “Dinamo”su ilə “Partizan”ın qarşılaşmasında isə Ukrayna təmsilçisi darmadağına sevinib.

Qalan oyunlar sabah keçiriləcək.

Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyunlar

23 iyul

Bodo Qlimt – RFS 4:0
Panevejis – Yagellonya 0:4
Linkoln – Qarabağ 0:2
APOEL – Petrokub 1:0
Malmö – Klaksvik 4:1
Styaua – Makkabi (Təl-Əviv) 1:1
Ferentsvaroş – TNS 5:0
Santa Koloma – Midtyulland 0:3
Dinamo (Kiyev) – Partizan 6:2
Luqano – Fənərbaxça 3:4
Şemrok Rovers – Sparta 0:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button