ÇL: “Fənərbaxça” mübarizəni dayandırdı
Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, cavab qarşılaşmalarının hamısı eyni günə təsadüf edib.
“Qarabağ” səfərdə Bolqarıstan “Ludoqorets”ini darmadağınla yendiyi gündə Türkiyə təmsilçisi “Fənərbaxça” mübarizəni dayandırıb. İstanbul klubu “Lill” səddini keçə bilməyib.
Digər oyunlarda isə “Slovan”, “Bodo Qlimt”, “Zalsburq”, “Malmö”, “Midtyulland”, “Sparta” (Praqa) və “Dinamo” (Kiyev) komandaları pley-offa vəsiqə qazanıblar.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunları
13 avqust
APOEL (Kipr) – “Slovan” (Slovakiya) 0:0 (ilk oyun 0:2)
“Bodo Qlimt” (Norveç) – “Yagellonya” (Polşa) 4:1 (1:0)
“Fənərbaxça” (Türkiyə) – “Lill” (Fransa) 1:1 (1:2)
“Tvente” (Niderland) – “Zalsburq” (Avstriya) 3:3 (1:2)
PAOK (Yunanıstan) – “Malmö” (İsveç) 3:4 (2:2)
“Ferentsvaroş” (Macarıstan) – “Midtyulland” (Danimarka) 1:1 (0:2)
“Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” (Azərbaycan) 2:7 (2:1)
“Styaua” (Rumıniya) – “Sparta” (Praqa, Çexiya) 2:3 (1:1)
“Yunion” (Belçika) – “Slaviya” (Praqa, Çexiya) 0:1 (1:3)
“Reyncers” (Şotlandiya) – “Dinamo” (Kiyev, Ukrayna) 0:2 (1:1)
Bizi Facebook-da izləyin