ÇL: “Futbolçular mənə inanmasaydı, superkuboku qazanmazdıq”

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunda “Milan” Zaqrebdə yerli “Dinamo”ya uduzub (1:2) və bu, italiyalı jurnalistlər üçün “soyuq duş” olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, media nümayəndələri oyundan sonra komandanın baş məşqçisi Serjio Konseysaodan futbolçuların hələ də onun işinə inanıb-inanmadığını soruşublar:

“Buna heç bir şübhəm yoxdur, səmimi deyirəm. Bu matça görə hamımız çox üzüldük. Amma futbolçular mənə inanmasaydı, superkuboku qazanmazdıq, “Komo” və “Parma” ilə matçlarda belə reaksiya göstərməzdik”.

“Milan” Çempionlar Liqasının ümumi mərhələsinin turnir cədvəlini 15 xalla 13-cü yerdə baş vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button