Enrike Qvardiola haqda: “Yaxınlıqda əziyyət çəkən bir dostum var idi”
PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasında “Mançester Siti” üzərində qələbədən (4:2) sonra fikirlərini bölüşüb.
Komanda.az “Actu Foot”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bu uğurun onun üçün asan bir an olmadığını bildirib:
“Bu uğur mənim üçün asan bir an olmadı. Mən qolları qeyd etməyi sevirəm, amma yaxınlıqda əziyyət çəkən bir dostum var idi (“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanı nəzərdə tutur) Həyat budur. Futbol kiminə sevinc, kiminə isə məyusluq gətirir. Bunun öhdəsindən gəlməyi bacarmalısan”.
PSJ bu oyundan sonra Çempionlar Liqasının ümumi mərhələsində 10 xalla 22-ci, “Mançester Siti” 8 xalla 25-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin