ÇL: “Rəqib bizi işləməyə məcbur etdi, asan olmadı”

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden UEFA Çempionlar Liqasının 3-cü turu çərçivəsində “Sparta” üzərində qazanılan böyükhesablı (5:0) qələbədən sonra fikirlərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli futbolçu ikinci hissədə daha yaxşı oynadıqlarını düşündüyünü bildirib:

“Rəqib bizi işləməyə məcbur etdi, asan olmadı. “Sparta” kompakt hərəkət etdi və bir neçə boşluq buraxdı. Fasilədə bu məsələni müzakirə etdik. Düşünürəm ki, ikinci hissədə daha yaxşı oynadıq”.

“Mançester Siti” Çempionlar Liqasında 3 turdan sonra 7 xalla turnir cədvəlinin 3-cü, Praqa “Sparta”sı isə 4 xalla 21-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button