Flik “Borussiya” ilə oyundan əvvəl söz verdi

Hans-Diter Flik UEFA Çempionlar Liqasının 1/4 finalında komandası “Barselona” ilə Dortmund “Borussiya”sı arasında keçiriləcək cavab matçı haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis mümkün qədər yaxşı oynamaq istədiklərini bildirib:

“Mümkün qədər yaxşı oynamaq istəyirik, məqsədimiz budur. Söz verirəm ki, komanda özünün ən yaxşı keyfiyyətlərini nümayiş etdirəcək. Futbolçularımın belə güclü rəqiblə qarşılaşmadan həzz almasını istəyirəm. Yaxşı üstünlüyümüz var, ev oyununda buna nail olduq”.

İlk matçda “Barselona” 4:0 hesabı ilə qalib gəlib. Cavab oyunu bu gün Dortmundda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button