ÇL: “Biz komanda olaraq çox yaxşı müdafiə olunduq”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının 1/8 finalında “Benfika” ilə ilk oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı qələbədən razı qaldıqlarını bildirib:

“Pedri inanılmazdı, inanılmaz səviyyədə oynadı. Onun üçün hamımız xoşbəxtik. Qələbədən razıyıq. Biz komanda olaraq çox yaxşı müdafiə olunduq, ən vacibi budur. Matç bizim üçün yaxşı keçdi və bu, böyük qələbədir”.

Pedri bu mövsüm Çempionlar Liqasında 9 oyun keçirib, 2 məhsuldar ötürmə edib.

Dünən Lissabonda keçirilən matç Kataloniya komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqlar oyunun böyük hissəsini 10 nəfərlə keçiriblər. Belə ki, ilk hissənin ortalarında rəqib oyunçunun təkbətək hücumunun qarşısını kobudluqla dayandıran Pau Kubarsi birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button