“Fiziki cəhətdən özümü əla hiss edirəm” – Levandovski
“Barselona”nın hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasının üçüncü turunda “Bayern” üzərində evdə qazandıqları qələbədən (4:1) sonra açıqlama verib.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, polşalı futbolçu fiziki cəhətdən özünü əla hiss etdiyini bildirib:
“Fiziki cəhətdən özümü əla hiss edirəm. Bir matçda neçə qol vurmağımın əhəmiyyəti yoxdur. Ən əsası odur ki, qollarım komandaya qələbələr gətirsin. Bu, indi mənim üçün əsas prioritetdir”.
Levandovski son görüşdə 1, braziliyalı yarımmüdafiəçi Rafinya Dias isə 3 qol vurub.
“Barselona” Çempionlar Liqasında 3 oyunda 2 qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin