
ÇL: “Finalda “Barselona” ilə qarşılaşmaq mənim üçün dəhşətli olardı”
PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının finalında “Barselona” ilə qarşılaşmaq istəmədiyini etiraf edib.
Parislilər dünən “Arsenal” məğlub edərək (2:1; ilk oyun 1:0) turnirin ikinci finalçısı olublar. Bir gün əvvəl isə “İnter” “Barselona”ya iki oyunda 7:6 hesabı ilə qalib gələrək, finala vəsiqəni təmin edib.
Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında bir gün əvvəlki oyunun bir az qəribə olduğunu bildirib:
“Kiməsə desəz ki, “Barselona” altı qol vuracaq və finala çıxmayacaq, onlar sizə inanmazlar. Finalda ola bilərdilər, orada oynamağa layiq idilər. Bir gün əvvəlki oyun bir az qəribə idi. Ancaq düzünü desəm, Çempionlar Liqasının finalında “Barselona” ilə qarşılaşmaq mənim üçün dəhşətli olardı”.
Luis Enrike 10 il əvvəl “Barselona”nı Çempionlar Liqasının qalibi edib və bu, kataloniyalıların hələlik son titulu olaraq qalır.
Bizi Facebook-da izləyin



