
Flik: “Finala çıxmağı haqq edirdik”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının yarımfinalında “İnter”ə 3:4 hesablı məğlubiyyətdən sonra komandasına dəstək olub.
Komanda.az xəbər verir ki, almaniyalı mütəxəssis mətbuat konfransında futbolçularının ikinci hissədə daha yaxşı çıxış etdiklərini bildirib:
“İkinci hissədə bir komanda kimi daha yaxşı oynadıq, finala çıxmağı haqq edirdik. Bu, ağır məğlubiyyətdir, ancaq çətinliyə dözməliyik. Futbolçularım bu gün güzgüyə baxanda qürur duya bilərlər”.
“Barselona” artıq diqqətini La Liqada qarşıdakı mühüm oyuna – 11 may tarixində keçiriləcək “Real”la “el-klasiko”ya yönəldəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin