
ÇL: “Feyenoord”a qarşı cavab oyunlarında qazandığım qələbə tarixçəm var”
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Feyenoord”a qarşı keçirdikləri ilk oyunda (1:2) məğlubiyyətə baxmayaraq, futbolçularının çıxışından razı qaldığını bildirib.
Komanda.az “Fotomac”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis xüsusilə, ikinci hissədə komandasının göstərdiyi oyundan məmnun olduğunu vurğulayıb:
“Futbolçularımın çıxışından razıyam. Xüsusilə, ikinci hissə məni təsirləndirdi. “Feyenoord”un stadionu sanki susdu, rəqib çətin anlar yaşadı. Bəli, onlar güclü komandadır, amma bu axşam biz meydanda dominant idik. Mənim “Feyenoord”a qarşı cavab oyunlarında qazandığım qələbə tarixçəm var. Bu dəfə də təkrar edə biləcəyimizə inanıram”.
Tərəflər arasında cavab qarşılaşması avqustun 12-də olacaq.
Bizi Facebook-da izləyin