ÇL: “Ferentsvaroş” – “Qarabağ” matçının hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” oyununun hakimləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, Macarıstanda baş tutacaq ilk matçı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmada baş hakim Juan Pedru da Silva Pineyru olacaq. Ona bu işdə Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər. Dördüncü hakim funksiyasını Klaudiu Filipe Ruivo Pereyra yerinə yetirəcək. Tyaqu Brunu Lopes Martinş VAR hakimi, Fabiu Oliveyra Melu isə VAR hakiminin köməkçisi kimi iş başında olacaqlar.

“Ferentsvaroş” -“Qarabağ” oyunu avqustun 19-da keçiriləcək. Görüş saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button