ÇL: Fan-şopda ən bahalı formanın sahibi odur
2022/23 mövsümü üzrə Çempionlar Liqasının (ÇL) final matçından öncə İstanbulda festival keçirilir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, final festivalı çərçivəsində təşkil edilən fan-şopda hazırda “Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldonun “Yuventus” forması da satılır.
Fan-şopun ən bahalı məhsulu hesab edilən formanın qiyməti 45 min lirədir (3546 manat).
İkinci pillədə “Mançester Siti”nin hücumçusu Erlinq Halandın (38 min lirə, 2994 manat), üçüncü yerdə isə norveçlinin komanda yoldaşı Bernardo Silvanın forması yer alır (20 min lirə, 1576 manat).
Xatırladaq ki, qitənin bir nömrəli klub turnirinin həlledici qarşılaşması iyunun 10-da, saat 23:00-da İstanbulda start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin