ÇL: “Fənərbaxça” bu gün “Benfika” ilə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələyə adlayan son 4 komanda müəyyənləşəcək.

Komanda.az xəbər verir ki, pley-offun cavab görüşləri çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda “Ferentsvaroş”la qarşılaşacaq.

Türkiyənin “Fənərbaxça” komandası “Benfika”nın qonağı olacaq. “Kopenhagen” “Bazel”lə, “Brügge” isə “Reyncers”lə üz-üzə gələcək.

Ötən gecə “Kayrat”, “Pafos” və “Budo-Qlimt” liqa mərhələsinə vəsiqə əldə ediblər. 

27 avqust

20:45. Qarabağ (Azərbaycan) – Ferentsvaroş (Macarıstan)
İlk oyun – 3:1

23:00. Kopenhagen (Danimarka) – Bazel (İsveçrə) 
İlk oyun – 1:1

23:00. Benfika (Portuqaliya) – Fənərbaxça (Türkiyə)
İlk oyun – 0:0

23:00. Brügge (Belçika) – Reyncers (Şotlandiya) 
İlk oyun – 3:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button