ÇL: “Etiraf etməliyik ki, rəqib çox yaxşı oynadı”

“Liverpul”un qapıçısı Alisson Bekker UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ-yə 0:1 (1:4 – pen.) hesabı ilə məğlub olduqları cavab oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı qolkiper rəqibin çox yaxşı oynadığını etiraf edib:

“Etiraf etməliyik ki, rəqib çox yaxşı oynadı. Onların əla komandası var. Qəbul etmək çətindir, çünki bilirik ki, biz daha çox şey edə bilərdik. Amma şikayət etməyə vaxtımız yoxdur. Qarşıda final (“Nyukasl”a qarşı İngiltərə Liqa kuboku), sonra isə Premyer Liqa matçları var. Çoxlu qol imkanları yaratdıq. PSJ də oyuna açıq idi. Rəqib yaxşı müdafiə olundu, Canluici Donnarumma isə əla oynadı. Amma bu, futboldur, hər şey ola bilər”.

Ötən gün Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul” və PSJ arasında cavab oyunu keçirilib. “Enfild”də baş tutan matçda Paris klubu əsas və əlavə vaxtın sonunda 1:0 hesabı ilə qalib gəlib. Penaltilər seriyasında daha dəqiq olan (4:1) parislilər növbəti mərhələyə adlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button