
“Qarabağ”ın iştirak etdiyi turnirin əsas favoriti açıqlandı
Bukmeker kontorları UEFA Çempionlar Liqası üçün favorit komandaların adlarını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ən yüksək şans “Barselona”ya verilib. Kataloniya klubunun qələbə əmsalı 7.00 olaraq qiymətləndirilib.
İkinci yerdə “Real”dır (8.00). Üçüncü və dördüncü yerləri isə “Bayern”lə “Mançester Siti” (hər ikisi 10.00) bölüşür.
PSJ və “Liverpul” 11.00 əmsalla 5–6-cı yerləri paylaşır.
Keçən mövsümün finalçısı olan “İnter” isə 15.00 əmsalla 8-ci pillədə qərarlaşıb.
- Barselona – 7.00
- Real – 8.00
3-4. Bayern – 10.00
3-4. Mançester Siti – 10.00
5-6. Liverpul – 11.00
5-6. PSJ – 11.00
Arsenal – 12.00
İnter – 15.00
Çelsi – 17.00
Tottenhem – 20.00
“Qarabağ” Macarıstan “Ferentsvaroş”una iki oyunun cəmində 5:4 hesabı ilə qalib gələrək, Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb. “Köhlən atlar” bu mərhələdə “Çelsi”, “Ayntraxt”, “Ayaks” və “Kopenhagen” komandaları ilə evdə, “Liverpul”, “Napoli”, “Atletik” və “Benfika” ilə isə səfərdə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



