
ÇL: Emrelinin komandası “Astana”nı darmadağın etdi
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada Qazaxıstan “Astana”sını sınağa çəkib.
Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Matça ehtiyatda başlayan Emreli 80-ci dəqiqədə Bruno Petkoviçin əvəzinə meydana daxil olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin