ÇL: “Qalatasaray” çətin qələbə ilə növbəti mərhələdə!

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 8 görüş baş tutub.

“Qarabağ” Polşada 2:3 hesabı ilə uduzduğu “Rakuv”la bu dəfə Bakı Olimpiya Stadionunda üz-üzə gəlib. Cavab görüşü heç-heçə bitdiyindən növbəti mərhələyə “Rakuv” vəsiqə qazanıb.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Qazaxıstanda “Astana”nın qonağı olub. Zaqreblilər ilk matçda rəqibini darmadağın etmişdilər – 4:0. Cavab görüşündə də xorvatlar 2:0 qalib gələrək mərhələ adlayıblar. Start heyətdə meydana çıxıb, 78-ci dəqiqədə əvəzlənən Mahir bu görüşdə komandasının ilk qolunu vurub. Baxmayaraq ki, UEFA rəsmi saytında 24-cü dəqiqədə vurulmuş bu qolu rəqib müdafiəçinin avtoqolu kimi göstərib.

Türkiyə çempionu “Qalatasaray” isə ilk görüşdə 2:2 hesablı heç-heçəyə razılaşdığı Litva “Jalgiris”ini doğma meydanda çətinliklə mübarizədən kənarlaşdırıb.

“Servett”, “Klaksvik”, “Makkabi” (Hayfa), “Molde” və “Kopenhagen” də növbəti mərhələyə yüksəliblər.

Xatırladaq ki, ilk oyun günündə keçirilmiş 4 cavab matçından sonra Yunanıstanın “Panatinaikos”, Sloveniyanın “Olimpiya”, Kiprin “Aris” və Slovakiyanın “Slovan” komandaları da 3-cü raunda yüksəlmişdilər.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları

2 avqust

“Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) 0:2 (0:4)

“Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa) 1:1 (2:3)

“Genk” (Belçika) – “Servett” (İsveçrə) 2:2, penaltilər 1:4 (1:1)

“Haken” (İsveç) – “Klaksvik” (Farer adaları) 3:3, penaltilər 3:4 (0:0)

“Makkabi” (Hayfa, İsrail) – “Şerif” (Moldova) 4:1 (0:1)

“Molde” (Norveç) – HJK (Finlandiya) 2:0 (0:1)

“Kopenhagen” (Danimarka) – “Breydablik” (İslandiya) 6:3 (2:0)

“Qalatasaray” (Türkiyə) – “Jalgiris” (Litva) 1:0 (2:2)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button