ÇL: “Bu hiylə məni təəccübləndirmədi”
“Bayern”in baş məşqçisi Vensan Kompani komandasının PSJ ilə matçda (1:0) çıxışından razı qalıb.
Komanda.az “Prime Video”-ya istinadən xəbər verir ki, belçikalı çalışdırıcı ilk hissədə çox yaxşı pressinq etdiklərini bildirib:
“Əlbəttə, məmnunam. İlk hissədə çox yaxşı pressinq etdik, nizam-intizam da yaxşı idi. Bəlkə, daha bir-iki qol vura bilərdik, amma nəticə yenə də yaxşıdır.
PSJ-nin hücumçusuz taktikası? Bu hiylə məni təəccübləndirmədi. Parislilər artıq son matçlarda təmiz hücumçusuz oynayırlar”.
38-ci dəqiqədə Kim Min Jaenin dəqiq zərbəsi sayəsində meydan sahibləri üstünlüyə sahib olublar. İkinci hissənin əvvəlində Osman Dembelenin qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılması münhenlilərin işini daha da asanlaşdırıb.
Bizi Facebook-da izləyin