ÇL: “Qollarınızı vurmasaz, cəzalandırılacaqsız”

UEFA Çempionlar Liqasının 3-cü turunda evdə “Lill”ə 1:3 hesablı məğlubiyyətlə üzləşən “Atletiko”nun hücumçusu Xulian Alvares fikirlərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, agentinalı futbolçu ilk hissəni əla keçirdiklərini bildirib:

“İlk hissəni əla keçirdik, amma dəqiqliyimiz çatışmadı. Belə turnirdə şanslarınızdan maksimum istifadə etməlisiz. Burada çox güclü rəqiblər var. Qollarınızı vurmasaz, cəzalandırılacaqsız”.

Dieqo Simeonenin yetirmələri bu görüşdən sonra 3 xalla Çempionlar Liqasının turnir cədvəlinin 27-ci, “Lill” isə 6 xalla 15-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button