“Mançester Siti”yə yeni qapıçı lazımdır” – Sabiq futbolçu

“Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager “Mançester Siti”nin qapıçısı Edersonun UEFA Çempionlar Liqasında “Real”la oyunundakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, “Mançester Siti”yə yeni qapıçı lazım olduğunu söyləyib:

“Mançester Siti”yə yeni qapıçı lazımdır. Edersonun oyunu komandaya nəticə bahasına başa gəlir. O, komanda üçün əlamətdar oyunçudur. “Şəhərlilər” onun köməyi ilə Premyer Liqanı və Çempionlar Liqasını qazandılar. Ancaq indi bu səviyyə kifayət deyil”.

Pep Qvardiolanın komandası dünən Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Real”a 2:3 hesabı ilə məğlub olub. Komandalar cavab matçını gələn həftə Madriddə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button