ÇL-də həftənin ən yaxşı futbolçusu bəlli oldu
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk 4 oyunundan sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Komanda.az xəbər verir ki, bu ada Portuqaliyanın “Benfika” komandasının yarımmüdafiəçisi Fredrik Aursnes layiq görülüb.
Norveçli futbolçu Belçikada “Brügge”ni 2:0 hesabı ilə məğlub etdikləri matçda start heyətində meydana çıxıb və sonadək əvəzlənməyib. Təcrübəli futbolçu qol və ya məhsuldar ötürmə ilə yadda qalmasa da, 13.64 km məsafə qət edib, həmçinin ötürmələrinin 72 faizi dəqiq olub.
Xatırladaq ki, ÇL-də həftənin ən yaxşı oyunçusu adına Kərim Adeyemi (“Borussiya”, Dortmund, Almaniya), Kinqsli Koman (“Bayern”, Almaniya) və Rafael Leao (“Milan”, İtaliya) da namizəd idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin