ÇL: “Dünyada Vinisiusun bizə qarşı etdiklərini edə biləcək oyunçular azdır”

Dortmund “Borussiya”sının baş məşqçisi Nuri Şahin komandasına qarşı oyunda Vinisius Juniorun əla çıxış etdiyini etiraf edib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, türk çalışdırıcı dünyada Vinisiusun onlara qarşı matçda etdiklərini edə biləcək oyunçuların az olduğunu bildirib:

“Dünyada Vinisiusun bu gün bizə qarşı etdiklərini edə biləcək oyunçular azdır. Komandalar arasında fərq bu idi”.

“Real”la “Santyaqo Bernabeu”da keçirilən görüş “Borussiya” üçün yaxşı başlayıb. Almaniya komandası 30 və 34-cü dəqiqələrdə qollar vurub. Amma daha sonra “kral klubu” beş qol vurmağı bacarıb. Vinisius het-trik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button