ÇL: “Dinamo” – “Qarabağ” oyununun hakimləri məlum olub
Xorvatiyada “Dinamo” (Zaqreb) və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları məlum olub.
Komanda.az də xəbər verir ki, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.
FİFA referisi Qlenn Nyuberqə Mahbod Beiqi və Andreas Söderkvist kömək edəcək. Dördüncü hakim funksiyasını Adam Ladebak yerinə yetirəcək.
VAR-da almaniyalı Bastian Dankert, AVAR-da onun həmyerlisi Yohan Pfeyfer əyləşəcək.
Avqustun 20-də “Maksimir” stadionunda keçiriləcək matç saat 23:00-da start götürəcək. Cavab oyunu avqustun 28-də olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin