ÇL: Dembele vacib oyunları buraxacaq

PSJ-nin və Fransa yığmasının hücumçusu Osman Dembele zədəsini sağaltmaq üçün Qətərə yollanıb. O, təxminən bir ay yaşıl meydanlardan kənar qalacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qızıl top” mükafatının sahibi hazırda paytaxt Dohada yerləşən məşhur “Aspetar” xəstəxanasında reabilitasiya kursu keçir. Bu tibb müəssisəsi idmançılar və ortopedik cərrahiyyə üzrə ixtisaslaşıb.

Paris klubunun baş məşqçisi Luis Enrike Dembelenin tezliklə sıraya dönməsini istəsə də, oyunçunun qarşısında daha böyük hədəf var – gələn yay keçiriləcək dünya çempionatı. Buna görə də, onun sağlığı riskə atılmır.

Dembele UEFA Çempionlar Liqasının vacib oyunlarını buraxacaq, ancaq əsas məqsəd mundialda tam formada iştirak etməkdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button