
ÇL: Dembele ilə bağlı son durum məlum olub
PSJ-nin hücumçusu Osman Dembele zədədən bərpa olunaraq UEFA Çempionlar Liqasının “Arsenal”a qarşı yarımfinalın cavab matçında oynamağa hazırdır.
Komanda.az xəbər verir ki, bu barədə Paris klubunun baş məşqçisi Luis Enrike oyundan əvvəl keçirilən mətbuat konfransıda məlumat verib:
“Dembele iki gündür ki, komanda ilə birlikdə məşq edir. Sabahkı oyunda iştirak edə biləcək”.
Dembele ilk oyunda (1:0) bud əzələsindəki zədə səbəbilə oyunu yarımçıq tərk etmişdi. Həmin qarşılaşmada yeganə qolu məhz o vurmuşdu. Zədədən sonra o, komanda ilə məşqlərə qatılmamışdı.
Fransalı futbolçu cari mövsümdə PSJ-nin heyətində 45 oyuna çıxaraq, 33 qol vurub, 12 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin