
“Barselona”nın zədəli futbolçusu geri dönüb
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq zədəsini sağaldaraq komandaya qayıdıb.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, niderlandlı oyunçu UEFA Çempionlar Liqasının qarşıdakı matçında start heyətində meydana çıxmağa hazırdır.
De Yonq “Barselona”nın “Nyukasl”la qarşılaşma üçün heyətinə daxil edilib.
Çempionlar Liqasının ilk turu çərçivəsində “Nyukasl” – “Barselona” matçı bu gün saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



