
Keyn: “Daha yaxşı ola bilməzdi”
“Bayern”in hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində səfərdə “Bayer”ə qalib gəldikləri oyundan sonra sosial şəbəkədə paylaşım edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu paylaşımında 1/4 finala getdiklərini bildirib:
“Bütün komandanın əla çıxışı! Daha yaxşı ola bilməzdi. Biz 1/4 finala gedirik”.
Münhenlilər cavab matçında Leverkuzen komandasına 2:0 hesabı ilə qalib gəlib. İlk matçda 3:0 hesabı ilə qələbə qazanan Vensan Kompaninin komandası “İnter”lə qarşılaşacaqları Çempionlar Liqasının 1/4 final mərhələsinə adlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



