
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Mats Hummels UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Komanda.az xəbər verir ki, yarımfinalın PSJ ilə cavab matçında (1:0) qələbə qoluna imza atan futbolçu həftənin ən yaxşısı adını qazanıb.
Hummels bu mübarizədə “Real”ın vingeri Vinisius Junioru üstələyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin