ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Komanda.az xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, bu ada İngiltərənin “Tottenhem” klubunun yarımmüdafiəçisi Son Hın Min layiq görülüb.
30 yaşlı oyunçu Almaniyanın “Ayntraxt” (Frankurt) komandasını 3:2 hesabı ilə məğlub etdikləri görüşdə dubl edib.
Həftənin ən yaxşısı olmağa Roberto Firmino (“Liverpul”, İngiltərə), Omer Atsili (“Makkabi”, Hayfa, İsrail) və Simon Minyole (“Brügge”, Belçika) də namizəd idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin