
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA Çempionlar Liqasında bu həftənin oyunçusunun adını açıqlayıb.
Komanda.az xəbər verir ki, qurumun saytında azarkeşlər arasında keçirilən səsvermədə PSJ-dən Osman Dembele 1-ci olub. O, səsvermədə “Borussiya”sından Yulian Brandt, “Bayern”dən Coşua Kimmix, “Real”dan Federiko Valverdeni qabaqlayıb.
Dembele ÇL-in 1/4 finalında “Barselona”ya 4:1 hesabı ilə qalib gəldikləri cavab oyununda bir qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin