ÇL-də 20 qol həddinə çatan 5-ci afrikalı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan Almaniyanın “Leypsiq” komandası ilə oyun “Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrez üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan bu matçda komandasının yeganə qoluna imza atmaqla ÇL-də 20-ci dəfə fərqlənib.
Nəticədə əlcəzairli oyunçu qitənin ən nüfuzlu klub turnirində 20 qol həddinə çatan 5-ci afrikalı olub.
Xatırladaq ki, bu siyahıya Məhəmməd Salah və Didye Droqba (44 qol) şərikli liderlik edirlər. Samuel Eto (30) üçüncü, Sadio Mane (27) isə dördüncü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin