ÇL-də mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az bu barədə UEFA-nın saytına istinadən xəbər verir.

Belə ki, mövsümün ən yaxşı oyunçusu Fransa PSJ-sinin hücumçusu Osman Dembele olub.

Fransalı futbolçu son turnirdə 15 oyun keçirib. Cinah oyunçusu 8 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mayın 31-də UEFA Çempionlar Liqasının finalında “İnter”i 5:0 hesabı ilə məğlub edən parislilər tarixlərində ilk dəfə bu kuboku qazanıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button