ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.
Komanda.az xəbər verir ki, bu ada İngiltərənin “Mançester Siti” klubundan Kevin De Bruyne layiq görülüb.
Belçikalı yarımmüdafiəçi səsvermədə İspaniyanın “Real” klubundan Vinisius Junioru, İtaliya “İnter”indən Nikola Barella ilə Henrix Mxitaryanı geridə qoyub.
Xatırladaq ki, belçikalı futbolçu “Real”la 1:1 hesablı heç-heçə etdikləri matçda komandasının yeganə qolunun müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin