ÇL-də həftənin ən yaxşı futbolçusu bəlli oldu
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Komanda.az xəbər verir ki, bu ada İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Tyaqo Alkantara layiq görülüb.
31 yaşlı oyunçu İspaniya “Vilyarreal”ına 2:0 hesabı ilə qalib gəldikləri matçda 97 faiz dəqiq ötürmə ilə yadda qalıb, həmçinin 10.93 km məsafə qət edib.
Xatırladaq ki, həftənin ən yaxşı oyunçusu adına İspaniyanın “Real” klubundan Kərim Benzema, “Vilyarreal”dan Xuan Foyt və İngiltərə “Mançester Siti”sindən Bernardo Silva da namizəd idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin