
ÇL: “Çox təəssüf ki, xal qazanmadıq”
Dortmund “Borussiya”sının baş məşqçisi Nuri Şahin UEFA Çempionlar Liqasında “Bolonya”ya məğlubiyyətdən (1:2) sonra açıqlama verib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, türk çalışdırıcı “Bolonya”nın çox ağıllı futbol oynadığını bildirib:
“Bolonga” çox ağıllı futbol oynadı. Planladığımızı meydanda göstərə bilmədik. Çox təəssüf ki, xal qazanmadıq”.
“Borussiya” hazırda uğurlu nəticələr göstərmir. Son qarşılaşma öncəsi dortmundlular Çempionlar Liqasının turnir cədvəlində 12 xalla 13-cüdür.
Nuri Şahinin yetirmələri ümumi mərhələnin son matçında Ukraynanın “Şaxtyor” komandası ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin