ÇL: “Qələbədən çox razıyam, əla iş gördük”
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunda “Milan” doğma meydanda “Jirona”nı minimal hesabla (1:0) məğlub edib.
Matçın yeganə qolunu ilk hissədə Rafael Leao vurub.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, oyundan sonra portuqaliyalı futbolçu fikirlərini bölüşüb:
“Qələbədən çox razıyam, əla iş gördük. Baxmayaraq ki, hər zaman topa sahib ola bilməsək də, bəzən bunu etmək lazımdır. Rəqibin topu çox saxlamasına baxmayaraq, onlar yalnız bir şans yaratdılar”.
“Milan” Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turundan sonra 15 xalla turnir cədvəlinin 6-cı, “Jirona” isə 3 xalla 31-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin