
ÇL: “Çox ciddi rəqiblə oynamalıyıq” – Rodri
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes UEFA Çempionlar Liqasının 1/4 finalında “Bayern”ə qarşı keçirəcəkləri oyundan gözləntilərini açıqlayıb.
Komanda.az xəbər verir ki, ispaniyalı futbolçu klubun rəsmi saytına açıqlamasında “Bayern”in çox ciddi rəqib olduğunu deyib:
“Bu matçı səbirsizliklə gözləyirik. Çox ciddi rəqiblə oynamalıyıq. Şansa ümid etmək istəyiriksə, ən yaxşı futbolumuzu göstərməliyik. Bəzi şeylər üzərində işləməliyik”.
“Mançester Siti” “Bayern”lə aprelin 11-də qarşılaşacaq. Oyun “Etihad Stadium”da keçiriləcək və saat 23.00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin