“Rafinya xüsusi bacarığı olan, yüksək səviyyəli futbolçudur” – Flik

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının 3-cü turunda “Bayern” üzərindəki qələbədən (4:1) sonra komandanın vingeri Rafinya Dias haqda danışıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı Rafinyanın əla oyun keçirdiyini bildirib:

“Bütün komandanın necə hərəkət edə biləcəyinə yaxşı bir nümunə oldu. Rafinya əla oyun keçirdi. Bütün oyunçularımız keyfiyyətlidir, lakin o, xüsusi bacarığı olan, yüksək səviyyəli futbolçudur. Futbol oynamaqdan həzz alır. Ayrı-ayrı oyunçular haqda danışmaq olar, lakin bütün komanda “Bayern”lə oyuna görə tərifə layiqdir”.

“Barselona” – “Bayern” matçı dünən baş tutub. Rafinya bu görüşdə het-trikə imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button