ÇL: “Biz 1/4 finala çıxmağa layiq idik” – Tuxel
“Bayern”in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatması ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı məşqçi 1/4 finala çıxmağa layiq olduqlarını bildirib:
“Biz heç nə istəmirik, irəli getdiyimiz üçün şadıq və qürur duyuruq. Məqsədimiz növbəti mərhələyə çıxmaq idi. Biz 1/4 finala çıxmağa layiq idik. İndi bir az şans lazımdır. Əlbəttə, elə komandalar var ki, digərlərindən bir qədər yaxşı ola bilər. Bundan sonra hər şey mümkündür”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin