“Real”la matçın ən yaxşısı o olub – Qvardiolaya görə

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Real”a 2:3 hesabı ilə uduzduqları oyunda komandasının hansı futbolçusunun daha yaxşı çıxış etdiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı matçda ən yaxşı oyunçularının qapıçı Ederson olduğunu söyləyib:

“Bugünkü ən yaxşı oyunçumuz Ederson idi. “Real” çoxlu qol şansları yaratdı”.

Erlinq Haland 19-cu və 80-ci dəqiqələrdə “şəhərlilər”in heyətində iki qol vurub. “Real”da isə Kilian Mbappe, Brahim Dias və Çud Bellingemin adı 60, 86 və 92-ci dəqiqələrdə tabloya işıq salıb.

Pley-off mərhələsinin cavab qarşılaşması fevralın 19-da “Santyaqo Bernabeu”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button