ÇL: “Bu turnirdə təcrübə çox vacibdir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının 1/4 finalında “Arsenal”a qarşı keçirəcəkləri ilk oyun öncəsi komandasının güclü tərəfləri haqda danışıb.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu turnirdə təcrübənin çox vacib olduğunu bildirib:

“Bu turnirdə təcrübə çox vacibdir. Kifayət qədər təcrübə olanda bu matçlardan və təzyiqdən qorxmursan. Heyətdə bu cür mühitə öyrəşmiş futbolçuların olması çox vacibdir”.

Çempionlar Liqasının 1/4 finalında keçiriləcək “Arsenal” – “Real” matçının start fiti bu gün saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button