Anri mübahisəli epizod haqda: “Alvares əslində iki dəfə topa toxundu”

“Arsenal”ın sabiq hücumçusu Tyerri Anri hesab edir ki, “Atletiko”nun forvardı Xulian Alvares UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”a qarşı penaltilər seriyasında topa iki dəfə toxunub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu da Alvaresin zərbə anında topa iki dəfə toxunduğunu təsdiq edib:

“Görmək çox çətindir, amma o, əslində iki dəfə topa toxundu. Bu, qaydadır, amma çox qəddar qaydadır. Onların belə epizodları müəyyən edən texnologiyası var. Ona görə də müzakirə qapalıdır”.

Alvares 11 metrlik məsafədən zərbə endirərkən sürüşüb. Onun yerinə yetirdiyi penalti zərbəsi qapıdan keçsə də, VAR otağında videotəkrara baxıldıqdan və hakimlə məsləhətləşdikdən sonra qol ləğv edilib. Argentinalı futbolçu zərbə anında topa iki toxunuş edib ki, bu da qaydaların pozulması və cəhdin uğursuzluğu kimi dəyərləndirilib.

“Real” iki oyunun nəticəsinə əsasən bərabərə (2:1, 0:1) qaldığı matçda penaltilər seriyasında daha dəqiq (4:2) olub və növbəti mərhələyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button