
ÇL: “Biz hakimə qəzəbli deyilik”
“Milan” rəhbərliyinin müşaviri Zlatan İbrahimoviç UEFA Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra komandanı hakimdən şikayət etməməyə çağırıb.
Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, klub rəsmisi hakimə qəzəbli olmadıqlarını deyib:
“Biz hakimə qəzəbli deyilik. Bu, öz günahımızdır. Heç bir bəhanə və şikayət yoxdur. Tərəqqi və irəli getmək üçün güzgüyə baxıb səhvlərimizi etiraf etməliyik. Qırmızı vərəqələr olur, biz onlara nəzarət edə bilmirik. Meydanda sakit və diqqətli olmalısan”.
“Feyenoord”la cavab oyununda (1:1) hakim simulyasiyadan sonra Teo Hernandesi meydandan qovub. Bundan əvvəl fransalı futbolçunun artıq bir sarı vərəqəsi var idi (ilk oyun – 0:1).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin